Olay
Olay

Xoşqədəm yenidən efirə çıxacağını təsdiqlədi

Xoşqədəm yenidən efirə çıxacağını təsdiqlədi

Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə “Səni axtarıram” proqramının başlayacağını açıqlayıb.  

OLAY yazır ki, TV ulduzu instaqram səhifəsində paylaşım edərək verilişin heyəti ilə görüşdüyünü, yeni mövsümdə tamaşaçı qarşısına çıxacağını vurğulayıb.  

“Veriliş üçün darıxmışdım. Düzdür, bu gün bütün kollektivlə bir araya gələ bilmədim. Ən qısa zamanda tamaşaçılarımla görüşəcəm. Həqiqətən hər biriniz üçün çox darıxmışam. Gözəl sözləriniz üçün təşəkkür edirəm”,- deyə aparıcı qeyd edib.  

Qeyd edək ki, ötən gün OLAY Hidayətqızının ARB televiziyasında efirə çıxacağı barədə xəbər yaymışdı.