Olay
Olay

Onlar da Şuşada idi - Video

Onlar da Şuşada idi - Video

Xəbər verdiyimiz kimi, Şuşada Dünya azərbaycanlılarının 5-ci qurultayı keçirilib. 

OLAY yazır ki, bu münasibətlə ötən gün mədəniyyətimizin paytaxtında konsert proqramı təşkil olunub. 

Tədbirdə Xalq artistləri Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Elçin Haşimov, Əməkdar artistlər Təyyar Bayramov , Elnur Əhmədov, Əməkdar incəsənət xadimi Məlahət Abbasova və başqaları iştirak edib. 

Bununla yanaşı, Türkiyədə yaşayan Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də Şuşada olub.

Dünənki konsertdən sonra sənətçilərin rəqsləri xüsusilə diqqət çəkib. Bu görüntülər sosial şəbəkələrdə paylaşılıb.