Olay
Olay

“You”nun yeni sezonunda nələr olacaq?

“You”nun yeni sezonunda nələr olacaq?

“Gossip Girl” filmində Den Humphreynin əksi olan bir obrazı canlandıran Penn Badgley, “You”nun 4-cü sezonu ilə Co Qoldberqin sərhədini nə qədər keçə biləcəyini göstərəcək.

Televiziya tarixinin ən ruhi xəstə personajlarından biri olsa da, onun yarımçıq hekayəsini necə tamamlayacağı ilə maraqlanırıq. 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində yayımlanması planlaşdırılan 4-cü sezonla bağlı indiyə qədər ortaya çıxan məlumatlar mövcuddur.

OLAY yazır ki, mövsüm 3 Co Qoldberqin həyat yoldaşını öldürməsi və başqa bir eşq dalınca Parisə getməsi ilə yekunlaşıb. Yeni sezonun çəkilişləri Londonda başladığı üçün serialın hekayəsi sanki dünyanın ən romantik şəhərindən fərqli istiqamətdə gedəcək.

Conun yeni sevgisi olmağa namizəd Marienni canlandıran Tati Qabrielle 4-cü mövsümdə Penn Badgleyi müşayiət edəcək adlardan biridir.

“Netflix”in açıqlamasına görə, “The White Lotus” serialından da tanınan Lukas Gage, varlı bir ailənin istiqanlı, əyləncəli oğlunu canlandırmaq üçün heyətə qatılacaq.

Charlotte Ritchie, Tilly Keeper, Ed Speleers və Amy Leigh Hickman yeni bölümlərdə görünəcək digər aktyorlar arasındadır.

Serialın ssenaristi Sera Gamblenin verdiyi açıqlamaya görə, hekayənin Amerikadan Londona daşınması Conun xarakterində böyük dəyişikliklərə səbəb olmayacaq. Yəni serial qanlı qatilimiz sevgi naminə yenidən ona mane ola biləcək adların arxasınca düşə bilər.

Bundan əlavə, Gamble Conun oğlu Henrini tərk etməsinin yaratdığı təqsirlə üzləşməli olacağını bildirir.