Prodüser Anar Mədətovun oğlu, ulduz futbolçu Mahir Emreli sevgilisi olduğunu açıqlayıb. 

OLAY yazır ki, bununla bağlı o, “sportske.jutarnji.hr”a danışıb. 

Mahir deyib ki, sevgilisi də Zaqrebdə yaşayır:

“Sevgilim var. Həmçinin, qardaşım da buradadır . Anamla bacım da yanıma gələcək. Çox çölə çıxmıram, əsasən evdə oluram. Mən Zaqrebi sevirəm, bura Bakıya bənzəyir. Balaca şəhərdir”, - deyə Mahir bildirib.

Qeyd edək ki, “Dinamo Zagreb”də oynayan Emrelinin bir müddət əvvəl bir xanımla fotosunu paylaşması diqqət çəkmişdi.

Mahir sevgilisindən danışdı Mahir sevgilisindən danışdı Mahir sevgilisindən danışdı