Olay
Olay

“Cismən olunan xəyanət bağışlanandır”

“Cismən olunan xəyanət bağışlanandır”

Müğənni Ayan Babakişiyeva İnstaqramda izləyicilərinin suallarını cavablandırıb.

OLAY yazır ki, sənətçi bir sosial şəbəkə istifadəçisinin “Xəyanəti bağışlayarsınız?” sualına bu cavabı verib:

“Cismən olunan xəyanət bağışlanandır. Ən əsası ruhən olmasın. Onu əfv etmək olmaz”.  

Digər izləyicisinin "Bir qadın sevildiyini hiss etmirsə, bir övladı da varsa, nə etməlidir?" sualına isə müğənni belə cavablandırıb:

"Düşünürəm ki, hiss etmək o demək deyil. Onun atdığı addımlar və hərəkətlər önəmlidir. Amma hiss etdiyiniz doğrudursa, həyat bununla bitmir. Əsl sevgi-övladınız sizinlədir".