Bu il yeddinci dəfə evlənəcək olan müğənni Seda Sayan toy hazırlıqlarına başlayıb.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi xına məclisi üçün paltar belə tikdirir. Belə ki, o, məşhur modelyer Gülşah Saraçoğluna libas hazırlatdırır. Seda xına geyimi üçün tez-tez Saraçoğlunun moda evinə gedir.
Qeyd edək ki, Sayan musiqiçi sevgilisi Çağlar Ökten ilə ailə quracaq. Onların toyu may ayında baş tutacaq. Onu da xatırladaq ki, 59 yaşlı ifaçının sevgilisi özündən 25 yaş kiçikdir.