Olay
Olay

“İkinci arvada “dublyor” kimi baxıram”

“İkinci arvada “dublyor” kimi baxıram”

“Aktyor olduğum üçün rəhmətlik həyat yoldaşımı mənə vermirdilər. Qayınatam taksi şoferi idi. Dedilər ki, ona oğlan rejissordur. Dedi, nə? O lap pisdi. Rejissor aktyorlara öpüşməyi, qucaqlaşmağı öyrədir. Durun, gedin!”

OLAY yazır ki, bu barədə Xalq artisti Valeh Kərimov “Üzə-düz” proqramında qonaq olarkən deyib.  Məşhur aktyor ikinci dəfə ailə qurmamağının səbəbini açıqlayıb:

“Güc bəla ilə bir neçə aya razılıq ala bildik. Amma sonradan məni çox istəyi. Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu surətdə ikinci dəfə evlənmədim.  İkinci arvada “dublyor” kimi baxıram. O, nə məni, nə də övladlarımı ürəkdən sevə biləcəkdi”.