Müğənni Səidə Sultan Əməkdar artist Nigar Şabanovanın dəflə bağlı açıqlaması haqda səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
OLAY yazır ki, bu haqda instaqramda video paylaşan sənətçi əslində sözlərinin Nigarın ünvanına olmadığını söyləyib:
“Bu yaxınlarda “Şourum” verilişində qonaq oldum. Soruşdular ki, dəflə xanəndəlik edən xanımlara estrada mahnıları uyğun gəlmir. Mən də söylədim ki, anlamıram dəf dini bir şeydir ki? Camaat dəflə hind, ərəb rəqsi oynayır. Sonra söylədilər ki, Nigar Şabanovanı buna görə qınayırlar. Mən də Nigarın xətrini çox istəyirəm, hər zaman bir-birimizə hörmətimiz olub. Ona görə dedim ki, bunun ona nə aidiyyatı var, Bakı balaca şəhərdir, hamının bir-birindən xəbəri var. Dedim ki, dəflə oxuyan xanımlar var ki, məndən də yaxşı yaşayırlar. Bunun dəflə nə əlaqəsi? Bu sözü Nigara ünvanlamadım. Əksinə onu təriflədim ki, dəfsiz də oxusa, yaxşı olar”.
Səidə maqazin proqramlarına səslənərək deyib ki, daha onu qonaq kimi çağırmasınlar:
“Əgər müsahibəni olduğu kimi çatdıra bilmirsinizsə, dəvət etməyin. Saytlarda da başlıq qoyulub, qızın da şəkli yerləşdirilib. Axı mən ona deməmişəm, lakin xəbərdən belə başa düşülmür. O da mənə zəng edib. Onun da haqqı var ki, desin, sənə nə pisliyim dəyib. Yenə burdan deyirəm ki, o sözləri Nigara ünvanlamamışam. Kim Nigar üçün pis bir şey deyirsə, qələt edir. Mən ümumi deyirəm ki, o əlində dəf, uzun geyinən qızlar səndən-məndən yaxşı yaşayırlar. Ümumi dedim ki, abırdan danışan adamlarsınızsa, öz yaşayışınıza baxın. Bunun Nigara aidiyyatı yoxdur”.
Qeyd edək ki, Səidəyə Nigarın “Dəfdən imtina etmişəm” açıqlaması ilə bağlı sual ünvanlanmışdı.