85 yaşlı Al Paçino və onun iki yaşlı oğlu Romanın anası, 32 yaşlı Nur Alfallah birgə görüntüləri ilə yenidən ictimaiyyətin diqqətini cəlb etməyə davam edir.
OLAY yazır ki, şənbə axşamı cütlük "Chanel"in şam yeməyində birlikdə görüntülənib — onlar eyni masada əyləşib və fotoqraflara poz veriblər.
Nurun sosial şəbəkələrdə paylaşdığı kadrlarda onun dərin dekolteli qara libasda aktyorun yanında oturduğu və əlindən tutduğu görünür. Digər fotoda isə o, ayaqüstə Al Paçinonun çiyinlərindən qucaqlayır. Nur paylaşımını ürək emojisi ilə müşayiət edib.
Xatırladaq ki, Al Paçino və o zaman 29 yaşında olan Nur Alfallah arasında romantik münasibət haqqında geniş ictimaiyyət 2022-ci ilin aprel ayında məlumat əldə edib. Əslində isə onların münasibətləri 2020-ci ildən hesablanır.
Yaş fərqi cütlüyü narahat etməyib və 2023-cü ilin iyun ayında onların oğlu Roman dünyaya gəlib. Lakin uşağın doğumundan sonra onlar ayrılaraq “sadəcə dost” statusuna keçiblər və ayrı yaşasalarda oğullarını birlikdə böyütməyə qərar veriblər.