Olay
Olay

İrem Cemlə barışdı

İrem Cemlə barışdı

Sevgilisi Cem Belevi ilə Amsterdam tətilindən dönərkən ayrılan İrem Derici onunla barışıb.

OLAY yazır ki, sənətçi İnstaqramda izləmədən çıxardığı müğənnini yenidən “follow” edib. Arxivlədiyi fotoları isə geri qaytarıb.

Qeyd edək ki, martın 21-i 35 yaşına qədəm qoyan İremə sevgilisi sürpriz edib Amsterdama aparmışdı. Onu da bildirək ki, cütlük bundan öncə Cemin xəyanət etməsi səbəbilə ayrılsa da, bir neçə ay sonra yenidən barışmışdı.