Olay
Olay

Yataqxanada qalan xanəndə acı taleyindən danışıb kövrəldi

Yataqxanada qalan xanəndə acı taleyindən danışıb kövrəldi

Xanəndə Zabitə Alıyeva “Günün sədası ” proqramında qonaq olarkən çətin keçən uşaqlığı ilə bağlı açıqlamalar verib. 

OLAY yazır ki, verilişdə sənətçinin həyat hekayəsi haqqında süjet yayımlanıb. 

Z. Əliyevanın hələ kiçik yaşlarından ailəsi ilə birgə yataqxanada yaşadığı məlum olub. Bildirilib ki, sənətçinin atası işinə görə Bakıya köçüb. Onlar uzun müddət yataqxanada yaşayıblar. Zabitə hər zaman anasının və özünün ev arzusunu reallaşdırmaq istəyib. 

Xanəndə deyib ki, valideynləri onları əziyyətlərlə böyüdüblər:

“İndi məni efirdə ifa edəndə həyəcanlanırlar. Deyirəm axı illərdir səhnədəyəm, siz buna öyrəşməlisiz. Amma onları da başa düşürəm. Bu günlərə gələ bilməyimiz üçün əziyyət çəkiblər. Bizi əziyyətlərlə böyüdüblər. Ona görə qürur duyurlar”.