2011-ci il Yunanıstan təmsilçisi Loukas Yiorkas Azərbaycana birincilik gətirən Eldar Qasımov və Nigar Camal barədə açıqlama verib.
OLAY yazır ki, yarışmada 7-ci olan sənətçi müğənnilərimizə qarşı aqressiv çıxış edib.
Loukas “Running Scared”in birinciliyə layiq olmadığını iddia edib:
“Nəticələr açıqlanandan dərhal sonra bayıra çıxmaq istədim. Qəzəbləndim. Həmin il Azərbaycan qalib oldu və əlbəttə ki, ən yaxşı Avroviziya mahnısı deyildi”.