Olay
Olay

Türkandan ifasına əsəbiləşən Sevdaya cavab!

Türkandan ifasına əsəbiləşən Sevdaya cavab!

Müğənni Türkan Vəlizadə ifasını tənqid edən Əməkdar artist Sevda Ələkbərzadəyə cavab verib. 

OLAY yazır ki, Türkan İçərişəhərdə mahnısını eşidərək əsəbiləşən Ələkbərzadəyə instaqramda reaksiya verib. 

Vəlizadə Əməkdar artistin tənqid etdiyi “Ağlıma bir ad gəlir” ifasını paylaşaraq qeyd edib: 

“Sizə Türkanı sevdirən mahnıdır. Xoş günlərinizdə ilk olaraq bu bəstəni məndən istəyirsiz. Ataların bir misalı var: Azlıq hər zaman çoxluğa tabe olub. Allah sizi mənə çox görməsin”. 

Daha sonra Türkan bunları yazıb: 

“Uşaqdan tutmuş böyüyədək insanın sevgisini qazanmaq hər kəsə nəsib olmur. Sizin sevginiz mənə yetər”. 

Qeyd edək ki, S. Ələkbərzadə İçərişəhərdə keçirilən konsertin videosuni paylaşmış, “İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur, görəsən?” - deyə bildirmişdi.