Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç Azərbaycana gəlib.
OLAY yazır ki, o, Bakıdakı məşhur restoranlardan birində səhnə alıb.
Sənətçi həm sevilən mahnılarını, həm də türk hitlərini səsləndirib.
O, eyni zamanda mərhum Əməkdar artist Baloğlan Əşrəfovun “Nədəndir” mahnısını da ifa edib.
Serdar ifası zamanı “Səni sevirəm, Baloğlan” deyə bildirib.
Qeyd edək ki, müğənni sözügedən əsəri illər əvvəl də oxumuşdu.