Olay
Olay

Avroviziya mahnımızın tizeri!

Avroviziya mahnımızın tizeri!

Avroviziya-2022 beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı təmsil edən mahnı və klipin tizeri yayımlanıb.

OLAY yazır ki, tanıtım videosu təmsilçimiz Nadir Rüstəmlinin yutub hesabında təqdim olunacağı bildirilsə də, daha sonra sözügedən anons silinib. 

Bəstə və klipin tam versiyasının premyerası martın 21-də baş tutacaq. 

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan Avroviziya-2022 mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.