Müğənni Nadir Rüstəmli Avroviziya hazırlıqlarına başlayıb.
OLAY yazır ki, sənətçi beynəlxalq layihə üçün göndərilən 300 mahnıdan seçilən altı bəstəni ifa edib.
Vokal müəllimlərinin dəstəyi ilə musiqiləri səsləndirən ifaçı isntaqram hesabında səsyazma studiyasından foto paylaşıb.
Nadirin mahnısı mart ayının ikinci həftəsində ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan Avroviziya-2022 mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.