Olay
Olay

Duetlər mövsümü!

Duetlər mövsümü!

Yeni sezonun başlaması ilə artıq sobada yeni bişən layihələr də gün üzünə çıxmağa başlayır.

Mövsümün ilk dueti Günel Zeynalova və Ayaz Babayevdən gəlir. Onlar illər öncə hit olmuş “Səbir elə” mahnısını yeni tərzdə təqdim ediblər. İfaçılar rəqəmsal platformalarda yerini alan sinql üçün kamera qarşısına da keçib.

OLAY-ın məlumatına görə, “Matanı” mahnısı Nigar Camalın rəqsi ilə viral olan Samir Piriyev də studiyadan foto paylaşıb. Onun Nigarla duet oxuyacağı təxmin edilir. Görünür, sənətçilər “Matanı” haypını başqa bir səviyyəyə keçirməyə qərar veriblər.

Xalq artisti Aygün Kazımovanın “Best of” albomu da yaxın həftələrdə işıq üzü görəcək. Albomda olan sənətçilər qarışqa kimi çalışır ki, mahnılarını klip kimi təqdim etsinlər. Albomda Mehin Hümbətova və Nuran da yer alıb. Onlar da mahnıya klip çəkdirmək niyyətindədirlər.

Müğənni İradə İbrahimova isə Rəsul Əfəndiyevlə duet oxuyacaq. Onlar yaxın aylarda layihələrini təqdim edəcəklər.

Əməkdar artist Lalə Məmmədova isə öz adını daşıyan layihə ilə ötən günlərdə kamera qarşısına keçdi. Onun duet ortağı isə reper Yap10 (Zamiq Əliyev) oldu.

Xalq artisti Miri Yusiflə Avroviziya təmsilçimiz Aisel ikinci duetini təqdim etməyə hazırlaşır. Onlar bu barədə sosial media hesablarında məlumat verib.