Əməkdar incəsənət xadimi Məlahət Abbasova illərdir küsülü olduğu Xalq artisti Röya Ayxana barışıq əli uzadıb.
OLAY-ın məlumatına görə, aktrisa qalmaqal yaşadığı estrada ulduzuna atası Yaqub Nəcəfovun vəfatı ilə əlaqədar başsağlığı verib.
O, instaqramda R. Ayxana “Allah atanıza rəhmət etsin, məkanı cənnət olsun, nur içində yatsın. Başınız sağ olsun” şərhini yazıb.
Qeyd edək ki, illər öncə Röya Ayxan “Beyaz şou”da qonaq olanda M. Abbasova instaqramda ona irad bildirmişdi, verilişdə müğənniyə az vaxt ayrılmasına etiraz etmişdi. Sənətçilər arasındakı münasibətlər bundan sonra gərginləşmiş, qalmaqal daha da böyümüşdü.