Olay
Olay

Öpüşmə videosuna reaksiya!

Öpüşmə videosuna reaksiya!

Bir neçə gündür ki, sosial şəbəkələrdə müğənnilər - Niyam Salami və Aynur Dadaşovanın səmimi görüntüləri müzakirə olunur. Niyamın səhnədə xanım həmkarını dodağından öpməsini əksər istifadəçi tənqid edir.

Sənətçinin köməkçisi Eldəniz İsrailov mövzu ilə bağlı OLAY-a açıqlama verib. O deyib ki, iki sənətçi sadəcə dostdur:

“Başqa nəsə ola bilməz. Bu, səhnədə şou məqsədilə edilən bir şeydir. Həm videonu diqqətlə izləsələr, görərlər ki, dinləyicilər onları öpüşməyə sövq etdilər. Tənqidlərə də nə deyə bilərik? Hərə özünə uyğun şərh yazır”.