8 yaşlı azərbaycanlı Nuray Nəzərova Qazaxıstanın Türküstan şəhərində keçirilən “Central Asia's Got Talent” ikinci istedad şousunun münsiflərini təəccübləndirib.
OLAY yazır ki, yarışmaya Sumqayıtdan qatılan azyaşlı hind rəqsini sevdiyini, iki yaşından rəqs etməyə başladığını bildirib.
Nuray bütün rəqsləri internetdən özü öyrəndiyini, kumirinin isə Oksana Rəsulova olduğunu açıqlayıb.
Münsiflər heyətinin bütün üzvləri qızın istedad şousunun yarımfinalına çıxmasına səs verib. Rəsulova özü də səhnəyə çıxıb və onunla rəqs edib. Digər münsif Akkenzhe Alimjan ona qızıl düyməsini hədiyyə edib.