Türkiyənin tanınmış müğənni və aktrisası Öykü Gürman Azərbaycana gəlib.
OLAY yazır ki, sənətçi 8 Mart Beynəlxalq Qadınlar günündə konsert proqramı ilə çıxış edib.
Öykünün həm səhnəsindən, həm də kulisdən maraqlı görüntüləri sosial şəbəkələrdə yayılıb.
Xüsusilə də onun 44 günlük Vətən müharibəsində şəhid Xudayar Yusifzadənin ifasında dillər əzbəri olan “Xudayar təsnifi”ni (Vətən yaxşıdır) ifa etdiyi anlar maraqla qarşılanıb.
Qeyd edək ki, Öykü daha əvvəl də Azərbaycan musiqisinə müraciət edib. Sənətçi “Qal, sənə qurban” mahnısını da səsləndirib.