SSRİ Xalq artisti Sofiya Rotarunun oğlu və nəvəsi saxlanılıb.
OLAY yazır ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Qeyd olunub ki, Ruslan və Anatoli Evdokimenko Moldova ilə sərhədi qanunsuz şəkildə pozub.
Onlar və Ukraynanın daha 6 sakini gizli şəkildə ölkəni tərk etməyə cəhd ediblər, lakin Mogilev-Podolski şəhəri yaxınlığında saxlanılıblar.
Qeyd edək ki, fevralın 25-də Ukrayna hakimiyyəti 18-60 yaş arası kişilərin ölkədən çıxışına qadağa qoyub. Sofiyanın oğlu Ruslanın 51, nəvəsi Anatolinin 27 yaşı var.