Türkiyəli köşə yazarı Ahmet Hakanın “Netflix”də yayımlanan “Pera Palasda gece yarısı” serialında rol alan aktrisa Hazal Kaya haqda fikirləri tənqidlə qarşılanıb.
OLAY yazır ki, sənətçi köşəsində bu fikirlərə yer verib:
“Həddindən artıq cəhdlə təbii olmağa çalışır. Özünü böyük göstərərək yaxşı aktrisa olacağını düşünür. Gözlərində və üzündə ifadə yoxdur. Səhnə nə olursa olsun, ancaq ərköyün qız uşağı kimidir. Aktrisalığında heç bitməyən, tükənməyən sünilik var”.
İlk olaraq A.Hakana Hazalın rəfiqəsi, aktrisa Selin Şekerci cavab verib. O, “Bu bazar yenə hərəkətlilik var. Bol hədsizlər peyda olub. Quzum, barı bizim işlərlə reytinq tutma. Biz oturduğumu yerdə sənə niyə nifrət etməyimizin səbəbini deyirik?” sözlərini yazaraq paylaşım edib.
Aktrisa Demet Özdemir isə həmkarıyla bağlı yazılan köşə barədə Tvitterdə “Tənqidin nə olduğunu bilirik, amma əfsuslar olsun ki, təhqirə öyrəşdirə bilməzsiz, normal imiş kimi əməyi heçə sayıb qarşınızdakı insanı kiçildə bilməzsiz. Hörmət edin ki, sizi də hörmətlə qarşılasınlar. Hazal Kaya üçün sıraladığınız 5 maddəni qınayıram. Çox təəssüf!” fikirlərini yazıb.
Tuba Büyüküstün isə İnstaqram “Story”də bu məsələylə bağlı paylaşım edib:
“Niyə Ahmet Hakanı oxumuram? Yazılarında özünü tapa bilmədiyini çox hiss edilir. Tənqid adı altından gizlənmiş hədsizliyə xərcləyəcək vaxtım yoxdur. İllərdir üslub baxımından özünü inkişaf etdirə bilmədiyini düşünürəm.
Hazal Kayanın aktrisalığı ilə bağlı yazısı qarşıma çıxdı. Nifrət? Yox, canım, yanlış sözlərdən istifadə edib. Bəlkə də “Birdman” filmində deyildiyi kimi... Özünü tapa bilməyən insanlar hər şeydə səhv axtaran tənqidçilərdən olurlar”.
Hazal Kaya isə Ahmet Hakana bu cavabı verib:
“Zamanda səyahət edib 100 il öncəyə gedən qadın necə təbii ola bilər? Belə bir ssenarini oynayan aktrisa necə həyatın normal axışında imiş kimi, son 100 ildəki uğurlarla kimsəsiz, tənha ayaqda duran azad bir qadın keçmişdə necə yad deyilmiş kimi davrana bilər?Portağalın yuvarlanmağını izlədiyimiz kimi bir ssenarisi yoxdur “Pera Palas”ın, təbii yox, fantastik hekayəsi var. Mən də performansını bu detalları nəzərə alaraq inşa etmişəm. Bəyənməmiş ola bilərsiz, bəzilərinin tənqid ədalətinə dair tərəzisi də xarab olmuş ola bilər, amma tərəziniz sürüşəndə mənə ancaq nifrətdən ibarət rəy verə bilməzsiz! Özü də başqa mövzularda vəzifələrini qorumaq üçün necə susduqlarını gördüklərim bunu heç edə bilməz. Həddiniz deyil!”.