İnfluenser Aysel Şükürlə keçmiş həyat yoldaşı Oqtay Əhmədovun məhkəmə prosesi davam edir.
OLAY yazır ki, bununla bağlı Aysel instaqramda məlumat yayıb. O iddia edib ki, Oqtay hakim qarşısında sosial şəbəkələrdə səsləndirdiyi fikirləri Ayselə demədiyini bildirib:
“Mənə qarşı yönəlmiş böhtan və mənfi ictimai rəy yaratma cəhdlərinə baxmayaraq, hüquqi mübarizəmi davam etdirirəm. Qarşı tərəf ifadələrində “Aysel”in adını çəkmədiyini bildirsə də, bu şəxsin söylədikləri açıq şəkildə mənə ünvanlanıb. Məhkəmə qarşı tərəfin adımı çəkmədiyini əsas götürərək qərar çıxarsa da, mən bu qərarla razı deyiləm. Bakı apellyasiya məhkəməsinə müraciət edəcəyəm. Mən bu məsələni burada bağlamıram. Sona qədər gedəcəyəm. Qarşı tərəfin “mən Ayselin adını çəkməmişəm” deməsi məsuliyyətdən yayınmaq cəhdidir və bu ifadələr sadəcə formal bir müdafiədir. Hər kəs nə dediyini və hansı məqsədlə dediyini çox gözəl bilir. Bu da qarşı tərəfin ifadəsi qeyd edir ki, instaqram və Tiktokda heç bir zaman mənimlə bağlı paylaşım etməyib. Dediklərin başqası haqqında deyib, mənim haqqımda deməyib. Videolarında başqa Aysel haqqında danışırmış, o mən deyilmişəm guya. Bu gündə məhkəmədə dediklərin təkrarladı və əlavə etdi ki, o öz üstünə götürübsə, mənim problemim deyil. Sadəcə gülürəm. İnsan gərək döyüşəndə belə kişi kimi döyüşsün”.