Olay
Olay

Məşhur seriala hücum - 300 minlik oğurluq oldu

Məşhur seriala hücum - 300 minlik oğurluq oldu

Parisdə “Lupin” serialının çəkiliş meydançasında oğurluq hadisəsi baş verib.  

OLAY yazır ki, baş rol ifaçısı Omar Sy-nin səhnəsi lentə alınan zaman 20 nəfərlik quldur dəstəsi füşəng partlatmaqla çəkiliş meydançasına daxil olub.

Baş verən qarışıqlıqdan istifadə edən oğrular 300 min avro dəyərində avadanlıq oğurlayıblar. 

Hadisədən sonra verilən açıqlamada vəziyyətin səlahiyyətli orqanlar tərəfindən araşdırıldığı, aktyorların və çəkiliş qrupu arasında xəsarət alan olmadığı qeyd olunub.