Xalq artisti Röya Ayxanın “Ağlama” mahnısı trendə düşüb.
OLAY yazır ki, pop ulduzun illər öncə təqdim etdiyi mahnı “Səs Azərbaycan”da iştirakçısı Cəmilə Həşimova ilə duetindən sonra yenidən gündəmə gəlib.
Qısa zaman ərzində YouTube-da Azərbaycan trendlərinə daxil olan mahnı sosial şəbəkələrdə viral olub.
Həmçinin “Ağlama” “Apple Music”də 1-ci pilləyə yüksəlib.