“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
OLAY yazır ki, o bu barədə sosial medi hesabında məlumat verib:
“1 mart 2022-ci il tarixindən etibarən vəzifəsindən ayrıldım. Bu vəzifədə çalışdığım 17 ay ərzində müxtəlif layihələr həyata keçirdik, qısametrajlı bədii, sənədli, tammetrajlı filmlər, bədii və sənədli seriallar ərsəyə gətirdik. Bir çox kino mütəxəssisləri ilə birlikdə çalışdıq. Yüzlərlə vətəndaşla ünsiyyətdə olduq. Bu müddətdə mənə etimad və dəstək göstərənlərə öz dərin təşəkkürümü bildirirəm. Audiovizual və interaktiv media şöbəsinin rəhbəri Rüfət Həsənova mənə inandığı, dözdüyü və dəstəklədiyi üçün xüsusi minnətdarlığımı bildirirəm.
“Azərbaycanfilm” kinostudiyasının doğma kollektivinə və yeni rəhbərliyinə yeni-yeni uğurlar arzu edirəm.
Mən yenə də audiovizual layihələrin istehsalı sahəsində olan fəaliyyətimi davam etdirəcəm. Yeni işlərdə, yeni layihələrdə yenə də birlikdə olacayıq. Yenə də Azərbaycan kinosuna xidmət etməyə davam edəcəyik...”.
Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor Nazim Abbasov təyin olunub.