Bir vaxtlar dost olan influenserlər Leyla Hüseynova ( Leila_land) və Mehin Oktaylı (İconmekh) arasında gərginlik yaşanıb.
OLAY yazır ki, buna səbəb Leylanın sosial şəbəkələrəd paylaşılan postlardan birinə yazdığı şərh olub.
Belə ki, Leyla səhifənin küsmə səbəblərinin həyat yoldaşı İqo Hüseynovla Mehinin yaxın dostluğunu qısqanması olduğu iddiasına cavab verib:
“Bu, necə nağıldır yazmısınız? Artıq söhbət tapılmır deyə illərdir bitən, bizim unutduğumuz sizin unutmadığınız mövzuya hər cür yalan səbəblər yapışdırdınız. Onu qeyd edim ki, İqoyla Mehini əsla qısqanmamışam, əksinə araları yaxşı olması üçün əlimdən gələni etmişəm, çünki dostumla yoldaşımı mehriban görmək istərəm. Əgər qısqanc biri olsaydım, model biri ilə ailə qurmazdım. Hələ dost dediyim insanları əsla. Mehinlə bağlı, özü subay biri haqqında belə haqsız sözlər yazmağınız günah və ayıbdır. Pul məsələsini rəylərdə oxuyub ayrıca güldüm, nə əlaqə? Gürcüstana gedəndə ondan bir gün əvvəl Mehinə “səmimiyyətsizsən” dediyim üçün yolda məni danışdırmadı. O sözü deməyimin səbəbi varıydı. Bu gün də sözümün üstündəyəm və ona görə də hər kəsdən uzaqlaşmışam, kimsə məndən uzaqlaşmayıb. Mehinin də məndən incimə səbəbləri varıydı. Nəticədə uzun il dost olmuşuq. Bilmədən xətrinə dəymiş ola bilərəm. Amma kimdən uzaqlaşmışamsa, özüm uzaqlaşmışam. O ki qaldı barışmaq istəməyimə kinsiz biri olduğum üçün hamilə vaxtı, hormonlardan dolayı toy videosuna baxarkən kövrəldim və sadəcə “story”də video paylaşdım, bu qədər. Bunu da Mehin hər kəsə başqa cür yaydı və o söhbətlərdə elə düz elədiyimdən bir daha əmin oldum. Bu barədə də heç danışmadım çünki nəticədə bir dostluq olmuşdu və mənə yaraşmazdı. İllərlə hərcür onlar tərəfdən instaqram “taciz”inə məruz qalsam da, səssiz qaldım, son Həminin doğum günü qrupuna qədər. Bununla da hər kəslə söhbəti bağladıq. Bu məlumatı da yazdım ki, bəsdirin boş şayiələr yazdınız. Videom varsa, toy, pul söhbəti və ya başqa açın tapın paylaşın. O ki Məsi söhbətinə gəlsək, əsla elə bir şey olmayıb. Məsinin necə birini olduğunu Mehin məndən daha gözəl bilir. Salonda hər kəsin içində mənim deyil Məsi ilə Mehinin davası olub, Məsiyə timsah göz yaşları axıtma deyəndə Mehindir”.
Bundan sonra Mehin Leylanın şərhinə reaksiya verib:
“Boş-boş danışıb sadəcə. İllərdir ağzımı kəsdiyimiz çörəyə görə açmamışam. Ortada Vüqar əmi (atası) var idi deyə. O bizdən xahiş eləmişdi ki, yola verək onu. Amma o ona qoyulan hörmətə belə mənasız rəy yazıbsa, cavabı gələcək”.
Mehinin şərhini görən Leyla “story” bölməsində bu sözləri yazıb:
“Bu günə qədər susdum, hətta orda belə sənin haqqında pis danışmasınlar deyə mədəni açıqlama verdim, amma bura qədər idi səbrim. Çox şükür hər zaman hamıya dürüst və düzgün olmuşam, sözümü içi sən qarışıq hamının üzünə demişəm! Amma sən öz ağzınla üzümə belə instaqramda izləyicim çoxaldığı üçün əsəb keçirdiyini deyən biri olmusan. Sonra biri açıq kosmetika vermişdi deyə onu linçləyən, yayan da sən idin. Hətta yenə həmin şəxsin ailəsini dağıtmaq istəyən də sən idin. Mənə dedin ki, “fake” profil açıb nişanlısına onu aldatdığını göndərmək istəyirəm! Mən də sənə dedim ki, dəlisən, yuva yıxanın yuvası olmaz. Sonra yenə indi ki, ən yaxının olan birinin o çox iyrəncdir, adam baxanda ürəyi bulanır, görən sevgilisi ona necə dözür deyən... Sonra “Məsinin sənin pulunu oğurladığını” deyən, hətta Nazlıda qırğın çıxardıb, sonra da “yalvardı yalandan bağışladım timsah göz yaşları tökdü” deyən də sən idin. Bunun kimi minlərlə sənin iç üzünü aça biləcəyim şeylər var! Hələ hamı toy elədi qalxdı, mən qalıram, nə edim deyib, toy kimi ad günü edib qalxacam deyən də və edən də sən idin! Hələ bir az da bu çirkinliyə davam eləsən daha da betərlərini paylaşacam. Bir az adam ol! Amma o səndə olmayıb, olmayacaq da! Sırf bu çirkinliklərinə görə də sənə səmimiyyətsiz deyib uzaqlaşmışam! Çox şükür bu gün də hamı öz ürəyinin çörəyini yeyir. İçindən cin çıxartdırmaq yerinə ürəyini təmizləsən, halallıq istəsən, bəlkə həyatın düzələrdi, amma artıq çox gec! Bəzi insanlar pis gəlir və düzəlmir! Sən də onlardansan! Həyatında ətrafında gərçək olan heç nə yoxdu! Belə paylaşımlar etməyi sevmirəm. İzləyicilərimdən çox üzr istəyirəm bu “story”lər üçün! Sırf söz-söhbət olmasın deyə, bu barədə çox şayiələr paylaşılırdı və mənim yoldaşımla adları hallandığı üçün, yenə də paylaşıb çirkinləşmək istəmədim, o, pis görünməsin deyə sakit bir açıqlama yazdım. Çünki normalda özünə yazardım, amma “xanımcığaz”la bloklaşdığımız və onda danışılacaq bir üz olmadığı üçün əlaqə saxlaya bilmədim. Yoxsa burada danışmaq yerinə üzünə çox gözəl gərçəkləri vurmaq istərdim! Amma instaqram əhli belədir reytinq üçün hər şey “story”də olur. Hələ çox şeyi paylaşmadım. Sırf tərbiyəmə və keyfiyyətimə görə illərdir hamını yola verirəm. Bu döngüdən sırf buna görə çıxa bilmirəm və normal bitirməkdə olmur, imkan vermirlər! Ona görə də bu səfər axıra qədər məndə gedəcəm! Bezdim! Artıq sakit qalmayacam! Hər kəs həddini bilsin! Çox şükürlər olsun bu gün öz qəlbimin çörəyini yeyirəm! Ağlı başında olan hər kəs kimin nə olduğunu çox gözəl bilir! Mən illərdir tək olsam da, hər zaman var olmuşam, siz illərdir səmiyyətsiz “kruq”larda qalmısınız. Özləri də çox gözəl bilir hər şeyi, amma tək qalacaq gücləri, bacarıqları olmadığı üçün sürü şəklindən ayrılmırlar. Ona görə də siz hamınız bir Leyla tək”.
Mehindən Leylanın “story”lərinə cavab gecikməyib:
“Çirkinləşmək istəyirsən, başa düşürəm, reytinqin düşüb, onu da başa düşürəm, Amma hazır ol çünki illərin susmağı sənə çox baha başa gələcək. Olmayan şeyleri olmuşcasına, yazan deyən ve buna inanan insanların diaqnozu bilirsən nədir? Şizofreniya”.