Olay
Olay

Tünzalə intihar edən duet ortağından danışdı

Tünzalə intihar edən duet ortağından danışdı

Xalq artisti Tünzalə Ağayeva mərhum duet ortağı Sura Əsgərli haqda açıqlama verib.

OLAY yazır ki, sənətçi bu barədə Kamran Ağabalayevin “Qapqara” layihəsində danışıb.  Tünzalə gənc ifaçının intiharı haqda bunları söyləyib:

“Hesab edirəm ki, əlimizdə olan deyil. Bilmirəm, bilsəydim necə davranardım. İçimə balaca da olsa hiss düşsəydi, yaşayacağımız faciəni bilsəydim, həyat başqa cür olardı. Yaradana gedən yol hər kəsə aiddir. İncə yaşamağı bacarmaq lazımdır. Suranın hekayəsi sirr, gizliliklərlə doludur. Onunla bağlı suallara tam cavab verə bilmirəm. Bəlkə də böyük səhvimdir ki, yanımda olan insanın halını anlamamışam. Bəlkə təcrübəsizəm, bəlkə buna hazır deyildim. Bu mövzu mənim üçün ağrılıdır. İxtiyarımız yoxdur özümüz özümüzə qərar verməyə. Onun saflığı, mükəmməlliyi hər şeyin üstünü örtür. O, sanki yer üzünə düşən mələk idi, öz tamını axtarırdı. Mənim həddimə olmayan sözlər var. Onun ruhuna sayğısızlıq etmək istəmirəm.  Çox qeyri-adi insan olmasını görürdüm. Biz buna sevinirdik, arxasında faciə durmasını təsəvvür etməzdik. Suranın Allahdan böyük iman neməti var idi. O, başqa bir ruhun insanıdır. Ruh ölmür, onun haqda keçmiş zamanda danışa bilmərəm. Mahnının maraqlı tarixcəsi var. Qədr gecəsində mənə ondan mesaj gəldi. Onun nə qədər böyük olduğunu və olacağının fərqinə varmadım. Amma ilk dörd sətri oxudum və telefonu götürüb getdim pianonun arxasına. Başladım nəqarəti oxumağa. Yazdım ki, Sura, davamı var? Qayıtdı ki, bəli, “hocam”. Sonradan anladım ki, burada ayəti kəlimələr var”.

Xatırladaq ki, Sura 2014-cü ildə özünü asaraq intihar edib.