Olay
Olay

Bakıya gəlməyə hazırlaşan Castin Timberleykin rayderi

Bakıya gəlməyə hazırlaşan Castin Timberleykin rayderi

Dünyaca məşhur müğənni Castin Timberleykin rayderi üzə çıxıb.

OLAY yazır ki, iyulun 27-də Bakıda konsert verməyə hazırlaşan sənətçinin İstanbuldakı səhnəsindən öncə istədikləri ilə bağlı məlumatlar yayılıb.

Türk mediasında yer alan xəbər görə, dünya ulduzu kulisində qarpız dilimləri, çəyirdəksiz üzüm, ananas, banan, qoz və otağın 22 dərəcədə sabit olmasını istəyib.

Castin İstanbulda 30 iyulda çıxış edəcək.