Olay
Olay

“Hər kəsə cavab vermək məcburiyyətində deyiləm”

“Hər kəsə cavab vermək məcburiyyətində deyiləm”

Xalq artisti Nəzakət Teymurova Əməkdar artist Nüşabə Ələsgərlinin Leyli obrazını gənclərin oynaması ilə bağlı fikrinə münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, “Pərvizə görə”də danışıb.  N. Teymurova deyib ki, teatrda Leyli və Məcnun obrazlarını gənclər də canlandırırlar:

“Hər kəsə cavab vermək məcburiyyətində deyiləm. Biz ildə iki dəfə tamaşa oynayırıq, bir-iki ay əvvəldən də biletlər satılır. Mənsum İbrahimovla birgə ustad tamaşaları var. Gözəl gənclərimiz var ki, potensialları, səs rəngləri yerindədir. Bəzi insanlar bilmirlər ki, Opera və Balet teatrında nə baş verir, kimlər oynayır. Gənc Məcnunlarımız, Leylilərimiz var. Sadəcə məlumatlı olsunlar. Hər dəfə bu haqda açıqlama verməməliyəm. İkincisi də teatrın mətbuat katibi var, onlar məlumat verirlər. Bu, teatrın məsələsidir. Teatr da istəyər ki, kassaya işləyən ifaçılar ön plana çıxsın. Hər ay gənc ifaçılarımız Leyli obrazında tamaşaları olur. Bəzi ifaçılarımız var idi, küsüb getmişdilər. Xoşagəlməz hallar yaşanmışdı, Yusif müəllimə təşəkkür edirəm ki, onları yenidən teatra cəlb etdi. Opera sənəti tək Leyli və Məcnunla bitmir. Burada xor, orkestr var, birincidərəcəli, ikincidərəcəli ifaçılar var, balet var. Bir tamaşada 100-ə yaxın insan iştirak edir. Tək “Leyli və Məcnun”la kifayətlənmir. O zaman gözəl olur ki, truppa gözəl tamaşa qazanır, tamaşaçı səni yenidən görmək istəyir”.