“Ölkə başçısı imzalı şəkildə bunu təsdiq edirsə, biz kimik ki, bunu müzakirə edək? Xalqın gözü tərəzidir. Nəyin müzakirəsini edək? Bəzi ifaçılar var ki, onların toxunulmaz olduğunu düşünürəm. Adını çəkdiyim ifaçılar da o toxunulmazlar siyahısındadır”.
OLAY yazır ki, bu sözləri APA-ya müsahibəsi zamanı müğənni NURAN deyib. O, “Xalq artisti Aygün Kazımova, Röya Ayxan, Miri Yusif ... Sizcə, onlar o ada layiqdi” sualına cavab verib:
“Məsələn, elə sonuncu dəfə Xalq artisti Röya Ayxanın konsertində oxumuşam. Hər şey yüksək səviyyədə idi. Düzdür, ölkədə təşkilatçılıq aşağı səviyyədədir. Çünki heç kəs Azərbaycan artistlərinə pul ayırmaq istəmir. İndi tezdir, amma nə vaxtsa mən də konsert verəcəyəm. Açığı, heç kimin yerində, mahnısında, uğurunda gözüm yoxdur. Uğursuzluqların əsas səbəbi də elə başqası kimi olmağa çalışmaqdır. Hər insan özü olsa, hər şey çox mükəmməl olar”.