Müğənni Səidə Sultan konsert verib.
OLAY yazır ki, sənətçi paytaxtın məşhur məkanlarının birində çıxış edib.
Gecəboyu müğənninin canlı ifalarını böyük orkestr müşayiət edib. Konsert iki hissədən ibarət olub, sənətçi gecədə iki fərqli geyimlə tamaşaçı qarşısına çıxıb.
Səidə birinci hissədə canlı ifaları, ikinci hissədə isə disko tərzində mahnıları ilə sevənlərini əyləndirib.
O, “Yuxu” qrupunun sevilən mahnısı “Xəzərin sahilində”ni, Xalq artisti Mehriban Zəkinin sevilən “Yağış yuyur, gün qurudur” ifasını fərqli tərzdə səsləndirib.
Bununla yanaşı, Səidə əvvəlki illərdə təqdim etdiyi mahnıları, həmçinin yeni hitlərini dinləyiciləri üçün oxuyub.