Olay
Olay

Azərbaycan marşı Türkiyə serialında

Azərbaycan marşı Türkiyə serialında

Türkiyənin reytinqli seriallarından biri “Yalnız kurt”un növbəti bölümündə “Nuri Killigil / Qafqaz İslam Ordusu” marşına yer verilib. 

OLAY yazır ki, ekran işinin ötən gün yayımlanan fraqmentində sözləri Nəriman Həsənzadəyə, bəstəsi Əli Behbudzadəyə məxsus olan marşı Şəmistan Əlizamanlı səsləndirib. 

Sözügedən səhnədə Nuri Paşanın Sütlücə fabrikindəki partlayışda şəhid olmasından sonra baş verənlər əks olunub. Hətta kadrlarda bir azərbaycanlı komandirin çıxışı yer alıb. 

Qeyd edək ki, serialda Hasan Deniz Yaran, Kürşat Alnıaçık, Cihan Ünal və Damla Colbay kimi simalar rol alır. Ekran işi ATV-də yayımlanır.