Türkiyənin məşhur aktrisası Filiz Akın vəfat edib.
OLAY yazır ki, bu barədə türk mediasında məlumat yayılıb.
Bildirilib ki, sənətçi 82 yaşında bir müddətdir xərçəngdən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Filiz Akın (doğum adı: Suna Akın; 2 yanvar 1943, Ankara – 22 mart 2025, İstanbul), türk kino aktrisası, yazıçı və aparıcıdır. Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə birlikdə “Yeşilçamın dörd yarpaqlı yoncası” olaraq qəbul edilir və Türk kinosunun bir dövrünə damğa vurmuş ən önəmli qadın aktrisalardan biri sayılır.
Türk kinematoqrafiyasının “zərif, müasir, şəhərli və aristokratik siması” kimi tanınan Filiz Akın, kinosevərlərin rəğbətini qazanmışdır. O, həmçinin “ağ ekranın Avropasayağı üzü”, “kollec qızı” və “sarışın ulduz” kimi titullarla da məşhurdur.