Olay
Olay

Osman Sınav vəfat etdi!

Osman Sınav vəfat etdi!

Türk kino və televiziya dünyasının görkəmli simalarından, məşhur rejissor və prodüser Osman Sınav vəfat edib.

OLAY yazır ki, sənətçi uzun müddətdir müalicə aldığı xərçəng xəstəliyi səbəbilə 69 yaşında dünyasını dəyişib.

Karyerası boyunca “Deli Yürek”, “Ekmek Teknesi”, “Kurtlar Vadisi”, “Sakarya Fırat” və “Sen Anlat Karadeniz” kimi unudulmaz layihələrə imza atan Sınav, milyonlarla tamaşaçının yaddaşında dərin iz qoyub.