Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı, tanımış müğənni Doğuş açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi Esra Ezmecinin “Ne hissettin?” verilişində qonaq olub. Uşaqlıq illərindən söz açan Doğuş yaşadığı ağrılı günlərdən danışıb:
“Anamla atam ayrıldı. Bir müddət babamın yanında yaşadım. Sonra nənəmə verdilər, o da baxmadı. Uşaq evinə göndərdilər. O zaman uşaq evləri çox qəddar idi. Altımı islatdığım üçün xadimələrdən biri “lezva” ilə qolumu kəsdi. 7 yaşımda oradan qaçdım. Nənəmin məkanı cənnət olsun. Oradan sonra onun yanına göndərdilər. Babamın isə məkanı cəhənnəm olsun. Bunun səbəbi mənə qalsın. Babam Almaniyadan qayıdanda evdən qaçdım. Yeri cəhənnəm olsun. 18 yaşımda bir uşağı xilas etmək istəyəndə bir nəfəri yaraladım. Mühafizəçi uşağa təcavüz etmək istəyirdi. O mənzərəni görəndə əlimdəki kəsici alətlə vurdum”.