Olay
Olay

Röya Ayxandan “od kimi” klip!

Röya Ayxandan “od kimi” klip!

Xalq artisti Röya Ayxan “Gəl mənimlə” adlı yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sözləri, musiqisi və aranjimanı Kənan Zeynalova məxsus olan “Gəl mənimlə” mahnısını türk rejissor Müjdat Kupşi ekranlaşdırıb.

Murat Tuncel, Bener Hamamçı, Giray Gergin kimi sənətçilərin ərsəyə gətirdiyi klipdə superulduz tam fərqli obrazlarda görüntülənib. Klipdə sənətçinin çılğın tərzini Türkiyənin məşhur modelyer və dizayneri Gülşah Saraçoğlu hazırlayıb.

Pop ulduz “Od çərşənbəsi“ndə sevənlərinin ixtiyarına “od kimi” layihə verib.

Qeyd edək ki, mahnının müəllifi Kənan Zeynalov Xalq artisti Azər Zeynalovun oğludur.