Olay
Olay

“Ailəm nümunəvi idi” – Müşviq boşanmağından danışdı

“Ailəm nümunəvi idi” – Müşviq boşanmağından danışdı

Aktyor Müşviq Şahverdiyev ilk dəfə boşandığı xanımından danışıb.

OLAY yazır ki, bu barədə o, “Pərvizə görə”də açıqlama verib. Sənətçi əvvəlcə oğlundan söz açıb:

“Mən ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. Ata necə olur, onu yaşamamışam. Hər iki hissi də anamda görmüşəm. Amma çalışıram ki, oğlum o hissi yaşasın. Atanın necə olduğunu görsün, hiss etsin. Müəyyən qədər münasibətimizi balanslaşdırıram”.

Müşviq deyib ki, oğlu Murad Ukraynada anası ilə yaşayır:

“Oğlum Ukraynadadır. Bu da bir qismətdir, iki ildən çoxdur ki, oradadır. Bu haqda jurnalistlərə heç vaxt danışmamışam. Amma hər kəs bilir. Həm də bu, yalnız mənim başıma gəlməyib. Evlənənlər tez ayrılır. Problemin nə olduğunu bilirəm, bu mövzuda danışmaq istəmirəm. Boşanmalar çoxdur. Bizim ailə həmişə nümunəvi idi. Dostlarım deyirdilər ki, baxırıq, fəxr edirik ki, bir-birinizə necə diqqət ayırırsınız. Mən ailəmlə gəzintiyə çıxmağı çox sevirdim, demək olar ki, dincəlirdim. Rayonlarımızı gəzirdik, tez-tez Ukraynaya, Türkiyəyə gedib-gəlirdik. Müəyyən səbəblərdən bu, baş verdi. Oğlum Ukraynada anasının yanındadır. Münasibəti saxlamışıq. Oğlumla da, keçmiş həyat yoldaşımla da danışırıq, dost kimi dərdləşirik, söhbətləşirik. Murad da böyüyüb, yekə kişi olub. Bu il birinci sinifə gedəcək. Onu məktəbə yola salmaq üçüm avqustda Ukraynaya gedəcəyəm”.