Olay
Olay

“İçimdə paxıllıq hissi var idi ki, bu mahnı mənim olmalıydı”

“İçimdə paxıllıq hissi var idi ki, bu mahnı mənim olmalıydı”

Xalq artisti Röya Ayxan Xalq artisti Flora Kərimovanın “Tapar məni” mahnısı ilə bağlı etiraf edib.

OLAY yazır ki, sənətçi bu barədə “Səs Azərbaycan”da danışıb.

“Bu mahnını dəhşətli dərəcədə çox sevirəm. Əlbəttə Flora xanımın üstünə bir üst yoxdur. Amma həmişə içimdə bir paxıllıq hissi var idi ki, bu mahnı mənim olmalı idi. Ordakı sözlər, çıxışlar, enişlər… Flora xanım bunu aktrisa kimi danışdığı hekayəni yaşadı”, - deyə, Xalq artisti bildirib.