İnfluenser Fidan Zeynin səhhətində problem yaranıb.
OLAY yazır ki, bu barədə bloger instaqramda məlumat paylaşıb. Fidan bildirib ki, onkoloji xəstəlikdən şübhələndiyi üçün biopsiya testi verib:
“İkinci dərəcəli imiş. Üçüncü dərəcə olanda artıq xərçəng olurmuş. Bir az da gec getsəydim, indi başqa status paylaşırdım. İnşallah sabah əməliyyat olunacam. Zədəli toxumalar dərin götürüləcək. Sonra yenə biopsiya edilib, nəticəyə baxılacaq”.