Olay
Olay

Leyla Əliyeva azərbaycanlı musiqiçilərlə görüşdü

Leyla Əliyeva azərbaycanlı musiqiçilərlə görüşdü

Fevralın 21-dən başlayaraq martın 1-dək Moskvada Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçirilir.

OLAY yazır ki, gecələr Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunur. “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində “Qelikon-opera” Teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib. L. Əliyeva konsertdən əvvəl musiqiçilərlə görüşüb.

Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adıgözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim ediblər.

Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Mixail Qlinka, Aleksandr Borodin və digər bəstəkarların sevilən əsərləri səsləndirilib.