Olay
Olay

Azərbaycanlı aktrisa nişanlandı

Azərbaycanlı aktrisa nişanlandı

“Yuğ” teatrının aktrisası Ləman Mərrih nişanlanıb.

OLAY-ın məlumatına görə, o, rejissor Emil Abdullayevlə evlilik yolunda ilk addımı atıb.

Bu barədə Ləman özü sosial media hesabında fotolar paylaşıb. Cütlüyün nişan mərasimində ailə üzvləri və dostları iştirak edib.

Qeyd edək ki, E. Abdullayev  “Şirin”, “Bozbash Pictures” kimi reytinqli layihələrin rejissorluğunu edib.

Ləman isə “Ata ocağı”, “İmtahan”, “Bu şəhərdə kimsə yoxdur” kimi məşhur seriallarda, o cümlədən “Zəhər tuluğu” filmində rol alıb. O, həm də “Yuğ” teatrının nəzdində bir çox tamaşalarda müxtəlif rolların ifaçısı olub.