Müğənni Mətanət Əsədova Xalq artisti Brilliant Dadaşova ilə bağlı açıqlama verib.
OLAY yazır ki, “Tarixin bir günü” verilişində qonaq olan sənətçi Dadaşovaya olan sevgisindən söz açıb:
“Bu gün sənətkar Brilliant xanımdır. O, böyük sənətkardır. Özü üçün də, sənəti üçün də ürəyim gedir. Ona çatmağıma hələ nə qədər var. Yeganə sənətkardır ki, konsertinə bilet almışam. Məni hansı konsertlərdə görürsünüz? Yaxınlarda Elnarə xanımın konsertində idim. Amma Brilliant xanıma şəxsən özüm bilet almışam. Bu yaxınlarda el şənliklərinin birindəyik, deyirəm, belə geyinmişdiniz. Deyir, bu qız gör, necə diqqət edib. Deyirəm, hətta orada yoruldunuz, ayaqqabınızı çıxardınız və sairə. O insana da sənətkar deyin, iki gündür oxuyana da. Olmaz. Vallah günahdır”.