Olay
Olay

“Zülfiyyə dedi ki, hamıyla belə danışma, elə bilərlər dəli olmusan”

“Zülfiyyə dedi ki, hamıyla belə danışma, elə bilərlər dəli olmusan”

“Meditasiya edirəm, məndə numerologiyaya, astrologiyaya maraq yaranıb”.

OLAY yazır ki, bu sözləri “Pərvizə görə”də müğənni Samir Bağırov deyib.  O bildirib ki, ölümlə bağlı başqa cür düşünür:

“Axırıncı dəfə Zulyaya (Zülfiyyə Xanbabayeva – red.)  reinkarnasiya barədə danışırdım. Dedi ki, Samir, ölməkdən çox qorxuram da. Mən ona başladım başa salmağa ki, reinkarnasiya nədir, həyata yenidən gələ bilirik. Zulya susdu, sonra dedi ki, ay Samir, hamı ilə belə danışma, fikirləşərlər ki, dəli olmusan. Ona görə bu barədə çox danışmaq istəmirəm. Vaxtı gələndə hər şeyi başa düşərsiniz. İnsanlar inanmırlar, lakin ölümdən sonra hər şey davam edir”.