Əməkdar artist Dilarə Əliyevanın baş rolunda olduğu “Nənəyə məktub” qısa filminin qala gecəsi keçirilib.
Ötən gün baş tutan təqdimatda ekran işinin komandası, D. Əliyevanın ailə üzvləri, dostları və media nümayəndələri iştirak edib.
Sənətçi bu layihəsi ilə bağlı OLAY-a danışaraq deyib ki, filmdə nənələrimiz yad ediləcək:
“Bu gün duyğulara toxunacağıq, nənənələrimizi yad edəcəyik. O nənələr ki, bizim üçün xatirəyə çevrilib. Biz onları bütün ruhumuzla, onlar da bizi öz ruhları ilə hiss edəcəklər. Dostumuz, gözəl qələm, düçüncə sahibi Fariz Əliyev ömründə ilk dəfə şeir yazdı, məni bəlaya saldı. Başa düşdüm ki, bu işi görmək, ekranlaşdırmaq istəyirəm. Gözəl komanda ilə çalışdıq. Əfsanəvi sənətkarımız, Xalq artistimiz Azər Zeynalovun istedadlı oğulları Kənan və İsmayıl Zeynalovla bir çox işimiz olub. Bu filmi və qısa film çəkdik. Rasim Əsgərova təşəkkür edirəm gözəl musiqi bəstələdi, rəssamımız Vüsal Hüseynzadə gözəl atmosfer yaratdı, hansı ki, biz özümüzü nənəmizin evində hiss edəcəyik”.
Qeyd edək ki, layihənin müəllifi Fariz Əliyev, rejissorları İsmayıl və Kənan Zeynalovlardır. Ekran işi 8 Fevral Beynəlxalq Nənələr Gününə həsr olunub.
Video: Soltan İbrahimov