Olay
Olay

“Atam anamı dəfələrlə bıçaqlayıb”

“Atam anamı dəfələrlə bıçaqlayıb”

Müğənni Sevda Sanəliyeva “Günün sədası” proqramında gündəmi zəbt edəcək açıqlamalar verib. 

OLAY yazır ki, o, uşaqlıq illərindən və valideynlərindən danışıb. Sevda deyib ki, atası anasını dəfələrlə bıçaqlayıb:

“Atanın nə olduğunu və onun gücünü bilmirəm. İçimə qapanıq böyümüşəm, öz dünyam var. Əvvəl dünyam anam və məndən ibarət idi, indi övladlarımla özümə aiddir. Ailəmlə, anamla bağlı nə problem yaşanıbsa, səbəbkarı atamdır. Baxmayaraq ki, atamgil tərəfin qohumları, bibilərimlə aram yaxşıdır. Anam atamın evindən çıxanda qardaşımı məcburən orada qoyub. Çünki nənəm anamı çağıranda, xalam deyib ki, gəlirsənsə, bir uşağını gətir. Mən də qız uşağı olduğum üçün anam məni götürüb. Qardaşımı məcbur orada qoyub.

Sonra iş tapıb və qardaşımı da götürüb. Hətta onu bir gimnaziyaya qoymuşdu, amma atam tez-tez gəlib aparırdı. Atam üçün oğlan övladı qızdan daha üstün idi. Mənim dörd yaşım olub, döyüləcək yaşda deyildim. Ona görə heç döyülməmişəm. Amma anamla qardaşım çox əziyyət çəkib. Hətta atam anamı dəfələrlə bıçaqlayıb. Atamla anam ölənə qədər boşanmadılar. Düzü, bir qadının övladını tək böyütməsi çox çətindir. İndi mən də uşaqlarımı yalnız böyüdürəm. Atam rəhmətə gedəndə məni çağırdı, əvvəl getmək istəmirdim. Sonra getdim, amma çata bilmədim. Dünyasını dəyişmişdi. Mənə nəsə demək istəyirdi, lakin eşidə bilmədim”.