“Alizadenin maraqlı və çılğın obrazı var. Onun mahnılarını çox dinləməmişəm. Bir-iki klipini və mütəmadi haqqında çıxan xəbərləri görmüşəm. Dinlədiyim və mənə maraqlı bir tərz deyil. İstər Azərbaycan, istər türk dilində və yaxud amerikalı versiyaları olsun. Onları da dinləmirəm. Mənə çox da maraqlı bir şey deyil”.
OLAY yazır ki, bu sözləri Keçmiş “HOST” qrupunun üzvü AİD ləqəbi ilə tanınan repçi Orxan Zeynallı qonaq olduğu junalist Pərviz Hüseynin aparıcısı olduğu “Pərvizə görə” verilişində deyib.
Orxan həmkarı Alizadenin səhnə fəaliyyətini bu sözləri ilə qiymətləndirib:
“Düşünürəm ki, yaradıcılıqda və musiqidə belə çılğın və ekstra kompleksiz olmaq çox maraqlı bir fenomendir. Daha çox fenomen deyərdim nəin ki, artist. Çünki onun treklərində qeyri-ciddiliyi hansısa formada nizama salıb ondan mahnı yaradılır. Bu da bir yerə gedib çatır, dinlənilir və auditoriya qazanılır, kliplər çəkilir. Bu yolaverdi bir şey deyil. Burada əlavə qatqılar var. Obyektiv yanaşanda bilirəm ki, maraqlı bir obrazdı. Onun böyük auditoriyasının və baxış saylarının çox olmasını başa düşürəm. Demirəm ki, niyə bu qədər insan Alizadeyə qulaq asır. Bilirəm ki, niyə qulaq asır və ona bu yolda uğurlar azulayıram”.