Aktrisa Nəsrin Cavadzadənin yeni tərəf müqabili bəlli olub.
OLAY yazır ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb. O bildirib ki, “Sandık kokusu” serialına Hakan adlı yeni obraz daxil olacaq.
Məlumata görə Nəsrinin personajı ilə eşq yaşayacaq olan Hakanı aktyor Pamir Pekin canlandıracaq.
Pamir mühafizəçi kimi layihəyə daxil olsa da, sonradan gizli tərəfləri üzə çıxacaq.