Müğənni Nahidə Babaşlı ikinci dəfə “Altın Kelebek” mükafatlarında namizəd olub.
OLAY-ın əldə etdiyi məlumata görə, Nahidə bu dəfə Türkiyədən namizəd göstərilib.
Babaşlı “Ən yaxşı arabesk-fantezi qadın sənətçi” nominasiyasında yer alıb.
Ondan başqa sözügedən istiqamətdə Aynur Polat, Ceylan, Derya Bedavacı, Kibariye, Ebru Yaşar, Seda Sayan, Safiye Soyman, Sibel Can, Tuğçe Kandemir kimi simalar yarışır.
Qeyd edək ki, Nahidə daha öncə “Azərbaycanın parıldayan ulduzu” ödülünü alıb.